RU

Alma ixracından gəlirimiz 30 %-ə yaxın artıb - AÇIQLAMA

Bu ilin yanvar-fevral ayında Azərbaycan 17 milyon 620,45 min ABŞ dolları dəyərində 22 min 638,44 ton alma ixrac edib. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 4 milyon 49,48 min ABŞ dolları (30 %), həcm baxımından isə, 1 964,77 ton (9,5 %) çoxdur.

Hesabat dövründə alma ixracından əldə edilmiş gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,5 %-ni təşkil edib.

Mətləb

Избранный
32
3
sia.az

10Источники