RU

İran ABŞ-ın regiondakı bazalarına hücum etdi

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Gerçək vəd 4" əməliyyatının 82-ci dalğası çərçivəsində ABŞ-ın regiondakı bazalarına hücum edib.

News365.az xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidmətinə istinadən "Tasnim" məlumat yayıb.

Zərbələr ABŞ-ın Arifcan (Küveyt) və Əl-Xarcdakı (Səudiyyə Ərəbistanı) bazalarının əvvəlcədən müəyyən edilmiş hədəflərinə, eləcə də regiondakı bir sıra digər obyektlərə yönəldilib.

Həmçinin iddia edilib ki, əməliyyat zamanı Şeyx-İsadakı (Bəhreynin cənubu, Fars körfəzi sahili) "Patriot" radarı, P8 kəşfiyyat təyyarələri üçün anqar, ABŞ-nin dəstək yanacaq anbarları, MQ-9 pilotsuz uçuş aparatları üçün anqar və "Əli əl-Salem" aviabazasındakı (Küveyt) peyk rabitəsi antenası vurulub.

SEPAH-dan bildirilib ki, hücumun təfərrüatlarını sonra açıqlanacaq.

Избранный
14
4
news365.az

8Источники