ain.az bildirir, Axar.az portalına istinadən.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Gerçək vəd 4" əməliyyatının 82-ci dalğası çərçivəsində ABŞ-ın regiondakı bazalarına hücum edib.
Axar.az xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.
Zərbələr ABŞ-ın Arifcan (Küveyt) və Əl-Xarcdakı (Səudiyyə Ərəbistanı) bazalarının əvvəlcədən müəyyən edilmiş hədəflərinə, eləcə də regiondakı bir sıra digər obyektlərə yönəldilib.
Həmçinin iddia edilib ki, əməliyyat zamanı Şeyx-İsadakı (Bəhreynin cənubu, Fars körfəzi sahili) "Patriot" radarı, P8 kəşfiyyat təyyarələri üçün anqar, ABŞ-nin dəstək yanacaq anbarları, MQ-9 pilotsuz uçuş aparatları üçün anqar və "Əli əl-Salem" aviabazasındakı (Küveyt) peyk rabitəsi antenası vurulub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.