RU

ABŞ və İran arasında gizli danışıqlar gedir?

İranın xarici işlər naziri Abbas Əraqçi, İran mətbuatına gündəmlə bağlı açıqlamalar verib.

"Cebheinfo.az" xəbər verir ki, danışıqlar barədə yayılan iddialara toxunan nazir bildirib ki, mesajlar vasitəsilə bəzi fikirlər müzakirə olunub və bunlar yuxarı instansiyalara çatdırılıb:

“Zəruri hesab edilərsə, mövqe müəyyən olunur və bu, yüksək səviyyəli rəsmilər tərəfindən açıqlanır. Hazırkı siyasətimiz ölkəni müdafiə etməkdir və ABŞ ilə danışıqlar yoxdur”.

Əraqçi atəşkəs deyil, müharibənin sona çatmasını istədiklərini vurğulayaraq, “Bəzi ölkələrin xarici işlər nazirləri və liderləri telefonla atəşkəs təklif ediblər, biz də mövqeyimizi həmin danışıqlarda bildirmişik” deyə qeyd edib.

Избранный
46
cebheinfo.az

1Источники