RU

Özəl fondların yaradılması ilə pensiyalar artacaq

"Özəl pensiya fondlarının yaradılması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işlər davam etdirilir. Nazirliyin açıqladığı məlumatlara əsasən, artıq 20-yə yaxın qanunverici akta dəyişikliklərin edilməsi və qanunvericiliyin bu istiqamətdə təkmilləşdirilməsi reallaşa bilər".

Bunu "Unikal"a açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, uyğun qanunverici aktlar Milli Məclisə təqdim edildikdən sonra bu istiqamətdə müzakirələrə başlanılacaq:

"Dünya praktikasında özəl pensiya fondları paralel yığım imkanları deməkdir. Vətəndaş özəl pensiya fonduna vəsait yönəltməklə həmin pensiya fondunda müəyyən kapitala malik olur. Bu, vətəndaşın pensiya yaşında iki mənbədən pensiya almasına gətirib çıxarır. Həm Dövlət Sosial Müdafiə Fondundan, həm də özəl pensiya fondundan pensiya alınması anlamına gəlir. Həmçinin, vətəndaşın pensiya yaşında pensiya məbləğinin artması deməkdir.

Dünya praktikasında özəl pensiya fondunda yığılan kapitalın daha tez istifadə imkanları var. Özəl pensiya fondu ilə vətəndaş arasında bağlanmış müqaviləyə əsasən, kapitalın bir hissəsinin birdəfəlik götürülməsi mümkün olur. Güman edirik ki, oxşar praktika Azərbaycanda tətbiq olunacaq. Yığılan kapitalın bir hissəsinin vətəndaş tərəfindən daha tez, pensiya yaşı tamam olmadan istifadə olunması həm də özəl pensiya fondlarına marağın artmasına və bu yığımların səmərəliliyinin yüksəlməsinə gətirib çıxaracaq".

Anar Kəlbiyev

Избранный
57
2
unikal.az

3Источники