RU

“REGİONDA İDARƏ OLUNAN XAOS UZUN İLLƏR DAVAM EDƏCƏK” Azərbaycan yeganə ölkədir ki...”

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov regionda yaranmış yeni geosiyasi vəziyyətlə bağlı diqqətçəkən şərhlə çıxış edib. 

"AzPolitika" bildirir ki, o, artıq Azərbaycanın həm şimalında, həm də cənubunda baş verəcək proseslərin konturlarımın aydın şəkildə formalaşdığını qeyd edib.

T.Zülfüqarov bildirib ki, regionda vəziyyət “isti müharibə” ilə “nə müharibə, nə sülh” vəziyyəti arasında dalğalanan bir “geosiyasi mayak” formasını alır: “Bu, idarə olunan bir geosiyasi qarışıqlıqdır və uzun müddət – hətta illərlə davam edə bilər”.

Keçmiş nazir vurğulayıb ki, bu geniş qeyri-sabitlik zonalarının arasında Türk Dövlətləri Təşkilatı üzvü olan ölkələrin ərazilərində durumun sabit olduğunu vurğulayır. Onun sözlərinə görə, bu sabitlik oxunun mərkəzində məhz Azərbaycan dayanır.

T.Zülfüqarov qeyd edib ki, Azərbaycan dünyanın yeganə ölkəsidir ki, eyni zamanda həm Rusiya, həm də İranla sərhədə malikdir və bu amil ölkənin geosiyasi rolunu daha da artırır.

O, vurğulayıb ki, mövcud reallıqlar Azərbaycanın xarici siyasət kursunu faktiki olaraq müəyyən edir: “Bu şəraitdə Azərbaycanın siyasət formatı neytrallıq və müdaxilə etməmək prinsiplərinə əsaslanmalıdır”.

Keçmiş XİN rəhbəri əlavə edib ki, bu yanaşma Qoşulmama Hərəkatı prinsipləri ilə üst-üstə düşür və Azərbaycanın maraqlarına uyğun gəlir.

Tofiq Zülfüqarov həmçinin bildirib ki, tarixdə bəzi ölkələrin təcrübəsi Azərbaycan üçün aktual ola bilər: “İkinci Dünya Müharibəsi dövründə Türkiyə və İsveçrənin xarici siyasət ənənələri bizim üçün də faydalı ola bilər”.

Sonda o, diqqəti Azərbaycanın artan geoiqtisadi roluna yönəldib. Qeyd edib ki, Avropa ilə Asiyanı birləşdirən və “quru Süveyş kanalı” adlandırdığı nəqliyyat xətti artıq tam formalaşıb və bu da Azərbaycanın strateji əhəmiyyətini daha da artırır.

Rasim

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
52
1
azpolitika.info

2Источники