RU

“ABŞ Donbasdan çıxmağımızı tələb edir” Zelenski xəbərdarlıq edib ki...

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Tramp hələ də Ukraynaya təzyiqi artırmaq strategiyasını seçir”

ABŞ Kiyevdən təhlükəsizlik zəmanətləri müqabilində qoşunlarını Donbasdan çıxarmağı tələb edir.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Reuters” agentliyinə verdiyi müsahibədə deyib.

O qeyd edib ki, Vaşinqton Ukrayna öz ordusunu öz ərazisindən çıxarmağa hazır olan kimi bu zəmanətləri "ən yüksək səviyyədə" yekunlaşdırmağa hazırdır. Zelenski xəbərdarlıq edib ki, belə bir addım Ukraynanın və geniş mənada Avropanın təhlükəsizliyini təhdid edəcək, çünki bu, regionda güclü müdafiə mövqelərinin Rusiyaya güzəştə gedilməsi deməkdir.

Ukrayna Prezidentinin sözlərinə görə, Yaxın Şərqdəki vəziyyət Trampa və onun gələcək addımlarına təsir göstərir: "Təəssüf ki, mənim fikrimcə, Prezident Tramp hələ də Ukrayna tərəfinə təzyiqi artırmaq strategiyasını seçir".

Qeyd edək ki, 2026-cı ildə Ukrayna ABŞ-nin vasitəçiliyi ilə Rusiya ilə bir neçə raund danışıqlar aparıb. Tərəflər hərbi sektorda, xüsusən də atəşkəsin monitorinqi məsələsində irəliləyiş əldə ediblər, lakin atəşkəsin şərtləri və onun qəbul edilməsi barədə yekun razılığa gələ bilməyiblər.

Moskva həmçinin atəşkəs əldə edildikdən sonra Ukraynada hər hansı NATO qoşunlarının yerləşdirilməsinə dəfələrlə qəti şəkildə qarşı çıxıb. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova belə bir addımın "münaqişənin nəzarətsiz şəkildə şiddətlənməsinə və gözlənilməz nəticələrə" səbəb olacağı ilə hədələyib.

Əlavə edək ki, Tramp son aylarda bir neçə dəfə Zelenskinin Ukrayadakı müharibəni bitirməyə əngəl olduğunu iddia edib. Görünür, bu da Zelenskinin Trampın və Putinin tələblərinə rəğmən Ukraynanın Donbasdan çıxmaq şərtilə razılaşmaması ilə əlaqədardır.

C.Məmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
45
1
azpolitika.info

2Источники