Gələn həftə magistratura imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat başlayır.
"İki sahil" Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat 1-14 aprel tarixlərində aparılacaq.
Magistraturaya qəbul imtahanının ikinci cəhd imtahanı isə mayın 17-də keçiriləcək.
Qeyd edək ki, ali təhsil müəssisələrinin magistraturalarına 15 fevral 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının (I cəhd) yekun nəticələrinə əsasən, imtahanda 1 nəfər 96 bal toplamaqla iştirakçılar arasında ən yüksək nəticəni göstərib.