RU

Ronaldinyo İngiltərədə Tarix də bəllidir, yer də

Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Məşhur top sehrbazı, braziliyalı Ronaldinyo may ayında İngiltərə stadionlarından birində görünəcək. 

Fanat.Az xəbər verir ki, "Sanderlend" Premyer Liqa mövsümünün bitməsindən dərhal sonra, 25 may 2026-cı il tarixində xeyriyyə matçı keçirəcəyini açıqlayıb. 

Ronaldinyo şounun mərkəzində olacaq. Fokus ustasına keçmişin bir neçə məşhur futbolçusu qoşulacaq. Konkret, Cermen Defo, Cibril Sisse, braziliyalı Anderson və bir sıra digər məşhur veteranların "İşıq Stadiumu"nda meydana çıxacağı gözlənilir.

Təşkilatçılar bilet satışından və əlaqəli fəaliyyətlərdən əldə edilən bütün gəlirlər regiondakı xeyriyyə layihələrinə yönəldiləcəyini vurğulayıblar.

Yeri gəlmişkən, Ronaldinyo karyerası ərzində heç vaxt İngiltərə çempionatında oynamayıb. O, Avropa liqalarından Fransa, İspaniya və İtaliyada çıxış edib. 

Mirağa

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
17
1
fanat.az

2Источники