RU

SEPAH istədiyini aldı, Tramp elan etdi İsraillə bağlı ilginc məlumat

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı əldə etməklə bağlı qərarının dəyişdiyini bildirib. Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Onun sözlərinə görə, İran heç vaxt nüvə silahı əldə etməmək barədə Vaşinqtonla razılaşıb.

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, ABŞ-İsrail ittifaqı ilə İran arasında davam edən müharibə razılaşma ilə yekunlaşmaq üzrədir:

“Hər halda, Donald Tramp belə qeyd edir. Pakistanda keçiriləcək danışıqlarda 15 maddədən ibarət təkliflər planı müzakirə olunacaq. Lakin İranın bəzi maddələrlə razılaşmaması mümkündür. Buna baxmayaraq, nüvə silahı əldə etmə istəyindən geri çəkilir. Bu müharibədə ABŞ qismən qalib gəldi. Amma, konkret olaraq tam qalib yoxdur. İran rejimi yerində qalır, danışıqlar da aparılacaq. Hələlik atəşkəs əldə olunmayıb. ABŞ bir növ Venesuela ssenarisini tətbiq etməyə çalışır.

Məhəmməd Əsədullazadə

Düşünürəm ki, danışıqlar müsbət olacaq. Çünki hər iki tərəf yorulub. SEPAH-a hakimiyyətdə qalması lazım idi və bu, baş verir. Müharibə uzanarsa, SEPAH rəhbərliyi yenidən sıradan çıxarılacaq. Ona görə də danışıqlara razılıq verdilər.

Bu müharibə İranın heç də zəif olmadığını göstərdi. Əksinə, İsrailin təhlükəsizliyindəki boşluqlar ortaya çıxdı. Həmçinin Körfəz ölkələri də ABŞ-ın onları müdafiə etmədiyini gördülər”.

Turan Rzayev

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
79
globalinfo.az

1Источники