RU

Sanço sabiq klubuna geri qayıda bilər

ain.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

“Mançester Yunayted”in vingeri Ceydon Sanço yenidən Almaniyada çıxış edə bilər.

Apasport.az xəbər verir ki, hazırda icarə əsasında “Aston Villa”da çıxış edən futbolçu ilə Dortmund “Borussiya”sı yaxından maraqlanır.

Bu barədə “Bild” nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, Almaniya klubu 25 yaşlı futbolçunu yay transfer pəncərəsində azad agent statusunda heyətinə qatmağı planlaşdırır. İngiltərə millisinin üzvü də bu keçidə müsbət yanaşır.

Qeyd edək ki, Sanço bu mövsüm 31 oyunda meydana çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə verib. O, daha əvvəl 2017–2021-ci illərdə “Dortmund”un formasını geyinib.

“Bayer”də yeni müqavilə

Kvaratsxeliya Gürcüstan millisinin kapitanı oldu

“Sevilya”nın yeni baş məşqçisi bəlli oldu

“Qalatasaray” və “Beşiktaş”ın sabiq prezidentləri Burak Elmas və Fikrət Orman saxlanılıb

Salah “Liverpul”dan ayrılacaq - MÖVSÜMÜN SONUNDA

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
46
1
apasport.az

2Источники