RU

"Real"ın futbolçusunun derbi cəzası bəlli oldu

style='margin-bottom:10px;'>

"Real"ın yarımmüdafiəçisi Federiko Valverde "Atletiko" ilə derbi matçında (3:2) aldığı qırmızı vərəqəyə görə La Liqada bir oyunluq cəzalandırılıb.

QOL.az xəbər verir ki, "AS" nəşrinin məlumatına görə, uruqvaylı futbolçu qarşılaşmanın 77-ci dəqiqəsində Aleks Baenaya arxadan zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Baş hakim Xose Munuera Monteronun bu qərarı Hakimlərin Texniki Komitəsi tərəfindən də dəstəklənib. İspaniya Kral Futbol Federasiyasının Yarış Komitəsi Valverdenin cəzasını bir oyunla məhdudlaşdırıb, halbuki əvvəlcə yarımmüdafiəçinin iki matçlıq kənarlaşdırılacağı ehtimal edilirdi.

Qeyd edək ki, Federiko Valverde bu cəza səbəbindən aprelin 4-də La Liqanın 30-cu turu çərçivəsində keçiriləcək "Malyorka" ilə oyunda komandasına kömək edə bilməyəcək.

Избранный
17
teleqraf.com

1Источники