İran müharibənin dayandırılması üçün öz şərtlərini açıqlayıb.
Musavat.com xəbər verir ki, Tehran ABŞ-nin irəli sürdüyü sülh təkliflərini rədd edərək qarşı tərəfə sərt tələblər siyahısı təqdim edib.
Press TV-nin yaydığı məlumata görə, İran münaqişənin dayandırılması üçün aşağıdakı 5 əsas şərtin yerinə yetirilməsini tələb edir:
ABŞ və İsrailin hücumlarının tam dayandırılması
Müharibənin yenidən başlanmayacağına dair zəmanət verilməsi
Hərbi ziyana görə reparasiya ödənilməsi
Pro-İran qüvvələrinə qarşı bütün cəbhələrdə atəşin dayandırılması
İranın Hörmüz boğazı üzərində suverenliyinin tanınması
İran rəsmiləri eyni zamanda bəyan ediblər ki, rəsmi Tehran ABŞ prezidenti Trampın münaqişənin bitməsi ilə bağlı şərtləri və vaxt çərçivəsini diktə etməsini qəbul etməyəcək.
Musavat.com