GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
ABŞ-ın İrana qarşı hərbi planları ilə bağlı yeni və diqqətçəkən iddia səsləndirilib. Belə ki, CNN analitiki Jim Sciutto ABŞ-ın artıq genişmiqyaslı quru əməliyyatı üçün bütün hazırlıqları tamamladığını bildirib.
Globalinfo.az xəbər verir ki, milli təhlükəsizlik üzrə baş analitik çıxışı zamanı Vaşinqtonun paralel şəkildə həm hərbi, həm də diplomatik xətt apardığını iddia edib.
Onun sözlərinə görə, ABŞ rəsmiləri bir tərəfdən sülh danışıqları görüntüsü yaradır, digər tərəfdən isə strateji əhəmiyyətli bölgələrə nəzarəti ələ keçirməyi müzakirə edir.
“Onlar açıq şəkildə Xark adasının və Hörmuz boğazının ələ keçirilməsini müzakirə edirlər. Bu isə danışıqlar fonunda İranın aldadılması deməkdir”, – analitik vurğulayıb.
Rəsmi Vaşinqton tərəfindən məsələ ilə bağlı hər hansı təsdiqedici açıqlama verilməyib.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.