RU

İspaniya klubunda yeni təyinat

“Sevilya”ya yeni baş məşqçi təyin edilib.

"Football-plus.az" xəbər verir ki, bir neçə gün əvvəl istefaya göndərilən Matias Almeydanı Luis Qarsiya Plasa əvəzləyib. İspaniyalı mütəxəssis ilə müddəti 2027-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb. Plasanın mövsümün qalan hissəsi üçün əsas hədəfi komandanın La Liqada qalmasını təmin etməkdi. 

Təcrübəli məşqçi karyerası ərzində “Vilyarreal”, “Levante”, “Malyorka” və “Alaves” klublarında çalışıb, həmçinin Çin və Səudiyyə Ərəbistanında işləyib.
Qeyd edək ki, “Sevilya” 29 turdan sonra 31 xalla turnir cədvəlinin 15-ci pilləsini tutur.

Избранный
54
football-plus.az

1Источники