RU

Şəkər xəstələrinə xoş xəbər

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Yaponiyanın Kumamoto Universitetinin tədqiqatçıları insulini həblər vasitəsilə qəbul etməyə imkan verən yeni texnologiya hazırlayıblar. "Molecular Pharmaceutics" jurnalında dərc olunan araşdırma şəkərli diabet xəstələrini hər gün iynə vurmaq məcburiyyətindən xilas edə bilər.İnsulinin həb şəklində qəbulu ideyası 100 ildən çoxdur müzakirə edilsə də, həzm sistemindəki fermentlərin bu hormonu qana çatmadan parçalaması əsas maneə sayılırdı. Dosent Şinqo İtonun rəhbərlik etdiyi komanda xüsusi bir peptid vasitəsilə insulini nazik bağırsağın divarından keçirməyə nail olub. Bu maddə hormonun bağırsaq baryerini aşmasına kömək edərək birbaşa qana sızmasını təmin edir.Siçanlar üzərində aparılan sınaqlar zamanı yeni üsulla qəbul edilən preparatın qan şəkərini sürətlə normaya saldığı müşahidə olunub. Əvvəllər bu tip cəhdlərdə həblərin tərkibindəki insulin dozası iynədən onlarla dəfə çox olmalı idi. Yeni metod isə bu dozanı əhəmiyyətli dərəcədə azaltmağa imkan verib. Belə ki, bu üsulda preparatın orqanizm tərəfindən mənimsənilmə dərəcəsi iynə ilə müqayisədə 41 faizə qədər yüksəlib.Hazırda texnologiya ilkin mərhələdədir və alimlər növbəti sınaqları daha iri canlılar üzərində aparmağı planlaşdırırlar. Uğurlu nəticələr təsdiqlənərsə, diabet xəstələrinin həyat keyfiyyətində ciddi dönüş yaranacaq.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
61
demokrat.az

1Источники