RU

İranın müharibəni dayandırmaq üçün 5 şərti

İran ABŞ-nin davam edən müharibəyə son qoymaq məqsədi daşıyan təklifinə mənfi cavab verib və bunun yalnız Tehranın öz şərtləri çərçivəsində baş verəcəyini bildirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İran hökumətinin yüksəkvəzifəli rəsmisi Press TV-yə danışıb.

O, qeyd edib ki, Tehran müharibənin bitmə tarixinin və şərtlərinin yalnız İran tərəfindən müəyyən edilə biləcəyini ABŞ tərəfinə çatdırıb:

"İran ABŞ prezidentinə müharibənin nə vaxt bitəcəyini diktə etməyə imkan verməyəcək. İran müharibəni özü qərar verdiyi zaman və yalnız öz şərtləri yerinə yetirildikdə bitirəcək".

Həmin şəxs əlavə edib ki, Tehran tələbləri yerinə yetirilənədək müdafiəni davam etdirmək və düşmənə "ağır zərbələr" endirmək niyyətindədir:

"Vaşinqton müxtəlif diplomatik kanallar vasitəsilə danışıqlar aparmağa çalışıb və Tehran tərəfindən "həddi aşan" və ABŞ-nin döyüş meydanındakı uğursuzluqları ilə uyğun gəlməyən təkliflər irəli sürüb".

Rəsmi şəxs İranın müharibəni dayandırmağa razı olacağı beş konkret şərti də açıqlayıb:

- Düşmən tərəfindən "təcavüz və sui-qəsdlərin" tamamilə dayandırılması;

- Müharibənin yenidən İslam Respublikasına yüklənməməsini təmin etmək üçün konkret mexanizmlərin yaradılması;

- Müharibədə dəyən ziyan və təzminatların zəmanətli və aydın şəkildə müəyyən edilmiş ödənişi;

- Müharibənin bütün cəbhələrdə və bölgədə başa çatması; 

- İranın Hörmüz boğazı üzərində suverenliyini həyata keçirməsi onun təbii və qanuni hüququdur və belə də qalacaq, bu, digər tərəfin öhdəliklərinin yerinə yetirilməsi üçün zəmanət təşkil edir və tanınmalıdır.

Milli.Az

Избранный
9
39
milli.az

10Источники