Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.
Əfsanəvi 48 yaşlı keçmiş UFC və WWE çempionu Brok Lesnar xəncər döyməsini necə etdirdiyini xatırlayır.
İdman.Biz bildirir ki, Lesnarın MMA-dakı rekordu 5 qələbə və 3 məğlubiyyətdir.
“Bu döyməni Arizona ştatının Skottsdeyl şəhərində sərxoş olanda etdirmişəm. Skottsdeyldə NFL sınaqlarına hazırlaşırdım və motosiklet qəzasına düşmüşdüm. Bu, mənə pis təsir etmişdi. Bütün bunların öhdəsindən gələ bilimrdim. Küçənin o biri tərəfində isə motosiklet barının qarşısında döymə salonu var idi ki, bu da döymə etdirmək üçün ən uyğun yer deyil. Döymə etdirdim, amma bundan xəbərim də olmadı. Növbəti gün oyandım və düşündüm ki, “bu nədir?”. Mən bunu planlaşdırmamışdım. Hər şey yarım qallon araq (təxminən 1,9 litr - red.) və bəlkə də bir neçə vikodin həbinə görə oldu”, - deyə “Bloody Elbow” Lesnarın sözlərini sitat gətirir.
İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.