RU

İsraillə bağlı ŞOK SİRLƏR - Səndemə... - VİDEO

"Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar fonunda bölgədəki qüvvələr balansı və böyük dövlətlərin strateji imkanları yenidən müzakirə mövzusuna çevrilib. Müharibənin gedişində gözlənilməz dönüşlərin baş verməsi tərəflərin ilkin planlarının alt-üst olduğunu göstərir."

Musavat.com xəbər verir ki, bu sözləri "TV Musavat"ın canlı efirində politoloq, professor Qabil Hüseynli deyib.

Politoloq qeyd edib ki, Birləşmiş Ştatlar İranla bağlı hərbi kampaniyada indiyə qədər demək olar ki, heç bir ciddi nəticə əldə edə bilməyib. Onun sözlərinə görə, Vaşinqton müxtəlif növ silahlara 15 milyard dollardan çox vəsait xərcləsə də, qarşıya qoyulan "hər şeyi bir neçə günə həll etmək" planı tamamilə iflasa uğrayıb. Əvvəllər dialoqdan qəti imtina edən ABŞ, hazırda sanki danışıqlara can atır.

Qabil Hüseynli bildirib ki, İran tərəfi isə hazırda diktə edən tərəfə çevrilməkdədir. Ayətullah Xameneinin şərtlərini Amerikaya göndərdiyini və yalnız bu şərtlərlə tanışlıqdan sonra masa ətrafında oturmağı düşünəcəklərini vurğulayan politoloq, Amerikanın bölgədə diktə qüdrətinin tükəndiyini diqqətə çatdırıb.

Professorun sözlərinə görə, müharibə artıq bumeranq effekti ilə geri dönməyə başlayıb və hazırda İsraildə ümumi bir həyəcan hökm sürür. Hava nəqliyyatının işləməməsi ölkədən çıxmaq istəyən insanların qarşısını kəsir. Qabil Hüseynli qəti əminliklə qeyd edib ki, müharibənin gedişində həm İsrail, həm də ABŞ ciddi şəkildə uduzmağa başlayıb.

Onun sözlərinə görə, ABŞ-ın hərbi gücü bəzi amerikalı generalların dediyi kimi, "içi helium qazı ilə doldurulmuş kağız pələng"ə bənzəyir və ilk toxunuşda partladı. Hazırda bölgəyə yeni əsgər və gəmi birləşmələrinin göndərilməsi daha çox psixoloji təzyiq və "xox gəlmək" məqsədi daşıyır.

Politoloq sonda əlavə edib ki, müharibənin gedişində yaranan bu qəribə balansda Çinin "görünməyən əli" və İrana birtərəfli dəstəyi hiss olunmaqdadır. Çinin bu prosesdəki rolu balansın Tehranın xeyrinə dəyişməsində həlledici faktorlardan biri kimi görünür.

Ətraflı videoda: 

Musavat.com

Избранный
47
50
musavat.com

10Источники