RU

''Beşiktaş''ın sabiq rumıniyalısı Türkiyə ilə oyun haqda nə dedi? - ''İlk qolu biz vursaq... ''

Tanınmış rumıniyalı futbolçulardan olmuş, bir dönəm ''Beşiktaş''ın da şərəfini qorumuş Daniel Panku qarşıdan gələn Türkiyə ilə mühüm duel haqda açıqlamalar verib. Hazırda 48 yaşı olan Panku ÇFR-i çalışdırır. O, ''Beşiktaş''da 2002-06-cı illərdə top qovub. Panku bu matçda ilk qolun önəmindən bəhs edib: ''Türkiyənin son oyunlarını izləmişəm. Hətta İspaniyaya 0:6 uduzduqları qarşılaşmada da hücumda yaxşı təsir bağışlamışdılar. 5 real fürsət yaxaladılar. Bizim ilk seçimimiz əks-hücum taktikası olmalıdı. Düzdü, Türkiyə favoritdi. Amma lap da böyük və aşkar favorit deyillər. Türkiyə duyğusal komandadı. Standart zərbədən bir qol vursaq, əla olar. İlk qolu biz vursaq, problem yaşayacaqlar. Özlərinə inamları itəcək. Oyun intizamından qopacaqlar. Məntiqli hücumlar qura bilməyəcəklər. Üstəlik bütün stadion onları irəli getməyə vadar edəcək. Biz də bundan yararlana bilərik. Bizim üçün qələbəyə aparan yol yalnız hesabı açmaqdan keçir. İlk qolu biz vurmasaq, qələbə qazanmağımız demək olar ki, mümkünsüz olacaq. Atmosferi də nəzərə almaq lazımdı. Oyun ''Beşiktaş''ın stadionunda olacaq və avrokubok matçındakı atmosferdən fərqlənəcək. Hər halda meydanda ''Beşiktaş'' yox, yığma komanda olacaq. Üstəlik tribunada ''Qalatasaray'' və ''Fənərbaxça''nın da azarkeşləri yer alacaq. Hamısı birlikdə yığma üçün təzahüratlar səsləndirəcəklər. Amma yenə də bu, ''Beşiktaş''ın oyunlarındakı effekti verməyəcək. Bizim bu cütdə hər hansı bir üstünlüyümüz varsa, o da Mirça Luçesku amilidi. Türkiyəli futbolçuların özəlliklərini ondan yaxşı heç kim bilə bilməz. Türkiyə yığmasından başqa ''Qalatasaray'' və ''Beşiktaş''ı da çalışdırıb. Ümid edirəm ki, bu üstünlükdən maksimum yararlanacağıq''.

Избранный
19
1
football-plus.az

2Источники