RU

Görün, şəhəri nə günə qoyublar EKOLOQ SƏRT DANIŞDI

ain.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

5 mm. yağış yağan kimi şəhərdə hərəkət iflic olur

Bu, savadsızlığın, məsuliyyətsizliyin, vəsait yeyintisinin, paytaxta düşmən münasibətin nəticəsidir

Bakının yağış suları ilə mübarizəsi illərdir davam edir və hər dəfə də yağış qalib gəlir. Bu gün də istisna olmadı. Paytaxta cəmi 5 mm yağış yağıb, amma küçələr, yollar keçilməz hala düşüb. 

Ekoloq Ənvər Əliyev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, yağış Bakının faciəsidir. Bakı dünyada nadir şəhərlərdəndir ki amfiteatr quruluşuna malikdir. Əgər Bakıda - ən quraq şəhərlərdən biri olan, hansı ki rəsmi məlumatlara görə illik cəmi 210 mm yağıntı düşür, lap olsun 250-300 mm. Belə bir iqlim şəraitində yağış şəhərdə problem yaradırsa, bu, bizim faciəmizdir: 

- Bakını Allah mayili, aşağıya doğru istiqamətlənmiş şəkildə yaradıb. Bakı dəniz səviyyəsindən aşağıdı. Amma, məsələn paytaxtın Yasamal rayonu dəniz səviyyəsindən 200-330 metr hündürdədir. Bakı pilləvari, amfiteatr quruluşa malik şəhərdir. Bu, hər şəhərə nəsib olan xoşbəxtlik deyil. Nə yazıq ki, belə bir relyefə malik şəhər yağış suları altında qərq olur. Quruluşuna görə küçələrdə su dayanmamalıdır. Axıb getməlidir. Görün, şəhəri nə günə qoyublar ki, 5 mm. yağış yağan kimi şəhərdə hərəkət iflic olur. Dünyada hamar relyefə malik şəhərlər çoxdur, amma heç birində bizi m Bakıdakı kimi vəziyyət yaranmır, yağış problemi olmur.

Dünyanın Bakıdan qat-qat artıq, 3 dəfədən artıq yağış yağan şəhərlərində olmuşam, belə problemlə qarşılaşmamışam. Şəhərsalmanın öz qanunları var. Küçələr, yollar salınanda xüsusi cihazla ölçmə, istiqamətləndirmə aparılır. Bu cihazın adı nivelirdir. Nisbi hündürlüyü ölçən alətdir. Üfüqi vəziyyətdə qurulmuş baxış borusu vasitəsilə iki şaquli reyka arasındakı fərqi ölçür. Tikinti, layihələndirmə və xəritəçəkmə işlərində yerin relyefini düzgün qiymətləndirmək üçün tətbiq edilir. Mən bir dəfə də görmədim ki Bakıda hər hansı tikinti aparılarkən bu cihazdan istifadə edilsin.

Suyun, yağış sularının axını istiqamətləndirilsin. Kim necə istəyir, harda gəldi tikir. Nə su axını üçün yer qoyurlar, nə səki qoyurlar, bir balaca yağış yağdımı, yollar gölə dönür. Çünki yağış suyunu axması üçün yer yoxdur, su hara axsın? Dünya şəhərlərində hətta səkilərdə çuqundan xüsusi bardürlər qoyurlar, yağış suları bardürlərin arası ilə kollektorlara axır. Qədim Romada küçələrdə bir damcı yağış suyu qalmazdı. Küçələr kənarlara doğru mayili salınırdı, yağış suları axıb əsas kollektora süzülürdü, oradan da dənizə. Bakıda, həm də unikal quruluşa malik şəhərdə yağış suyu yollarda toplanıb qalırsa, bu, bizim faciəmizdir. Küçələrdə su dayanmamalıdır. Heç nə etməsəydilər, heç bir müdaxilə olmasaydı, yağış suyu özü axıb gedəcəkdi. Amma çox kobud, savadsızcasına müdaxilə edilib və belə bir bərbad vəziyyət yaradılıb. Bu, savadsızlığın, məsuliyyətsizliyin, vəsait yeyintisinin, paytaxta düşmən münasibətin nəticəsidir. Dövlətinə, şəhərinə rəğbət hissi olan insan belə hərəkət etməzdi. Amma bizim məmurlar bunu etdilər. Bakını bədbəxt etdilər. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
20
sherg.az

1Источники