RU

İrandan ABŞ-yə XƏBƏRDARLIQ -  "2 ölkəni ələ keçirəcəyik!'

İran ABŞ- nin mümkün quru əməliyyatına cavab olaraq Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn ərazilərini ələ keçirməklə hədələyib.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin milli təhlükəsizlik üzrə analitiki Mürtəza Simiari İranın "IRIB" dövlət telekanalının efirində bəyanatla çıxış edib.

Analitikin sözlərinə görə, bölgədəki hərbi gərginlik fonunda rəsmi Tehran kəskin addımlar atmağa hazırdır:

"Əgər ABŞ səhv edərsə, İranın silahlı qüvvələri BƏƏ və Bəhreynin sahil xətlərini ələ keçirməyə və bölgəni yenidən formalaşdırmağa hazırdır... BƏƏ və Bəhreynin sahillərinə çıxış gündəmdədir", - deyə Simiari vurğulayıb.

Qeyd edək ki, bu bəyanat regionda onsuz da gərgin olan geosiyasi vəziyyəti daha da kəskinləşdirib.

Musavat.com

Избранный
21
41
musavat.com

10Источники