RU

Ana oğlunu öldürən ərini bağışladı

Gədəbəyin Slavyanka kəndində oğlunu öldürməkdə ittiham olunan atanın məhkəmə araşdırması sona çatıb.

Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məhkəmə istintaqı ilə atanın cinayəti sübuta yetirilib.

Bu hadisə 4 ay əvvəl baş verib. İttihamda yazır ki, 60 yaşlı İlqar İlyasov 37 yaşlı oğlu Rəşadı mübahisə zəminində qətlə yetirib.

Xəbəri rus dilində oxuyun: 9 лет тюрьмы за смерть сына: жена простила мужа в суде

Mübahisənin səbəbi isə həmin an sərxoş vəziyyətdə olan Rəşadın atasına işlədiyi halda qazanc əldə etməməsi ilə bağlı irad tutması olub. Oğlunun bu və başqa iradlarına dözməyən ata onu bıçaqlayaraq həyatdan məhrum edib.

Избранный
26
9
publika.az

10Источники