RU

“Tramp yalan danışır...” İran hökuməti

ain.az, Yeniavaz saytına istinadən bildirir.

“ABŞ prezidenti Donald Trampın Tehranla danışıqlar aparmaq barədə iddiaları həqiqətə uyğun deyil”.

Yeniavaz.com xəbər verir ki, bunu İranın dövlət televiziyasında Hökumətin İnformasiya Şurasının rəhbəri Elias Həzrəti deyib.

“Düşmən heç nəyə nail ola bilməyib, qlobal ictimai rəyə cavab verə bilməyib. O, sülh bağladığını, danışıqlar apardığını iddia edir. Bu, qətiyyən doğru deyil. Tramp yalan danışır. O, müharibəni danışıqlar prosesinin ortasında başlatdı və bu dəfə uğur qazana bilməyəcək”, - deyə o, bildirib.

Qeyd edək ki, martın 23-də Amerika lideri “Truth Social”da ABŞ və İranın son iki gündə Yaxın Şərqdəki hərbi əməliyyatlara son qoymaq üçün konstruktiv danışıqlar apardıqlarını yazıb. O, həmçinin Pentaqona İranın enerji infrastrukturuna zərbələri beş gün təxirə salmağı əmr etdiyini bildirib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi Tehranın Vaşinqtonla heç bir danışıqlar aparmadığını, lakin mövqeyini vasitəçilərə çatdırdığını bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
17
yeniavaz.com

1Источники