RU

Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR

Milli Məclisin sədri Sahibə Qafarova Çinə işgüzar səfəri çərçivəsində Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri Cao Lıci ilə görüşüb.

Adalet.az xəbər verir ki, Azərbaycan parlamentinin spikerini salamlayan Cao Lıci səfərə və Asiya naminə Boao Forumunda iştirakına görə Sahibə Qafarovaya təşəkkür edib.

O qeyd edib ki, Milli Məclis sədrinin bu Forumda iştirak məqsədilə Çinə səfəri Azərbaycanın ikitərəfli əlaqələrə verdiyi əhəmiyyətin və Foruma dəstəyinin göstəricisidir. Onun sözlərinə görə, son illərdə iki ölkə başçısının müdrik rəhbərliyi altında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Bildirilib ki, ötən il Azərbaycan və Çin liderləri arasında iki görüş keçirilib və Ümumçin Xalq Nümayəndələri Məclisi dövlət başçılarının bu fəaliyyətinin dəstəklənməsi və ölkələrimiz arasında əlaqələrə yeni ölçülərin qazandırılması məqsədilə Azərbaycan parlamenti ilə birgə işləmək niyyətindədir.

Azərbaycan Respublikası Milli Məclisinin sədri kimi Çinə ilk səfəri olduğunu deyən spiker Sahibə Qafarova ümidvar olduğunu bildirib ki, bu səfər parlamentlərimiz arasında münasibətlərin daha da genişlənməsinə və qarşılıqlı səfərlərin artmasına töhfə verəcək.

Gələn il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyinin qeyd olunacağını söyləyən Milli Məclis sədrinin sözlərinə görə, ölkələrimiz arasında münasibətlər həmişə dostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub və bu gün Azərbaycan-Çin əməkdaşlığı bir çox sahələr üzrə genişlənməkdə davam edir. Spiker Sahibə Qafarova son dövrlərdə bu münasibətlərin yeni mərhələyə yüksəldiyini və Prezident İlham Əliyevin ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsinə böyük əhəmiyyət verdiyini vurğulayıb. O, Prezident İlham Əliyevin 2025-ci ildə Çinə səfərlərini, həmçinin ötən ilin aprel ayında baş tutan dövlət səfəri zamanı Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatın imzalandığını xatırladıb.

Söhbət zamanı ərazi bütövlüyü və suverenliyi məsələsində də qarşılıqlı dəstək ifadə olunub. Sahibə Qafarova bildirib ki, Azərbaycan “Vahid Çin” siyasətini hər zaman qətiyyətlə dəstəkləyir, Çin isə öz növbəsində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə daim dəstək göstərib.

Cao Lıci Azərbaycanın “Vahid Çin” siyasətinə, Çinin Tayvan, Honkonq və Sintszyan-Uyğur Muxtar regionlarına dair mövqeyinə dəstəyi və bu istiqamətdə verdiyi bəyanatları yüksək qiymətləndirdiklərini bildirib. O həmçinin Çin vətəndaşlarının İrandan təxliyə olunmasına göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

Görüşdə vurğulanıb ki, Azərbaycan “Bir Kəmər, Bir Yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olub və Çin tərəfi bunu yüksək qiymətləndirir. S.Qafarova deyib ki, bu gün Azərbaycan Avrasiyada mühüm nəqliyyat qovşağıdır. Orta Dəhliz Çin ilə Avropanı Xəzər dənizi vasitəsilə birləşdirən etibarlı, təhlükəsiz və səmərəli marşruta çevrilib.

Eyni zamanda, ölkələrimizin ticarət, nəqliyyat, kommunikasiya məsələlərində birgə işləməsindən, həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə yükdaşımaların artmasından məmnunluq ifadə edilib. Cao Lıci bildirib ki, Çin rəqəmsal inkişaf, süni intellekt, yaşıl enerji kimi sahələr üzrə də əlaqələrin inkişafında maraqlıdır. Vizaların qarşılıqlı ləğvi, ilk ölkə arasında birbaşa uçuşların yaratdığı imkanlardan istifadə əlaqələri daha da inkişaf etdirəcək.

Görüşdə daha sonra humanitar və mədəni əməkdaşlıq məsələlərinə də diqqət yetirilib və qeyd olunub ki, bu sahədə əlaqələr xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. Milli Məclisin sədri ölkələrimiz arasında mədəni sahədə uğurlu layihələr həyata keçirildiyini bildirib, xüsusilə Heydər Əliyev Fondu ilə Çin Xalqının Xarici Ölkələrlə Dostluq Assosiasiyası arasındakı əməkdaşlığı yüksək qiymətləndirib.

Cao Lıci həmçinin Çin Xalq Nümayəndələri Yığıncağının 14-cü sessiyasının yekunları və qəbul etdiyi qərarlar, eyni zamanda, Çinin əldə etdiyi sosial-iqtisadi nailiyyətlər haqqında da məlumat verib. O, Çinin bu nailiyyətləri dost ölkələrlə, o cümlədən Azərbaycanla paylaşmağa hazır olduğunu söyləyib.

Избранный
11
24
adalet.az

10Источники