RU

Demensiyadan qorunmağa kömək edən vərdiş...

Nevroloq David Peres Martinez bildirir ki, demensiya (ağıl zəifliyi) hallarının təxminən 40 %-nin qarşısını almaq və ya onu gecikdirmək mümkündür.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, həkim xəstəlikdən qorunmaq üçün ən effektiv gündəlik vərdişin fiziki aktivlik olduğunu deyir.

Onun sözlərinə görə, bu, ağır idman məşqləri demək deyil. Sadə gündəlik hərəkətlər — zibil atmaq, ev təmizliyi, paltar yumaq kimi işlər belə beyin sağlamlığı üçün faydalıdır.

Həkim qeyd edir ki, fiziki aktivlik yeni neyronların yaranmasını stimullaşdırır, xüsusilə yaddaş və öyrənmə ilə bağlı olan hipokampus sahəsində.

Qeyd edək ki, nevroloq Anjani Kumar Şarma daha əvvəl gənclərdə yaddaş zəifləməsinin səbəbləri arasında xroniki stressi də göstərmişdi.

Избранный
40
1
cebheinfo.az

2Источники