RU

Bakıda yağıntının miqdarı 5 mm-dir - FAKTİKİ HAVA

Hazırda Bakıda və Abşeron yarımadasında yağış yağır.

"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin martın 25-i saat 15:00-a olan məlumatında qeyd edilib.

Düşən yağıntının miqdarı 5 mm-dək qeydə alınır.

Yağıntılı hava şəraitinin martın 27-si gün ərzində daha da intensivləşəcəyi gözlənilir.

11:22

Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçib, lakin səhər saatlarından bəzi yerlərdə yağış yağır.

SİA xəbər verir ki, bu, Milli Hidrometeorologiya Xidmətinin martın 25-i saat 11:00-a olan məlumatında qeyd edilib.

Düşən yağıntının miqdarı Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Naxçıvan, Şahbuz, Culfa, Şəki, Naftalan, Goranboy, Mingəçevir, Ağdam, Tərtər, Yevlax, Yardımlı, Lerikdə 1 mm-dək olub.

Bakıda və Abşeron yarımadası, Gəncə, Naftalan, Xaltan, Lerik, Astarada duman müşahidə olunur, görünüş 200-500 metrədək məhdudlaşır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Naxçıvan MR-da 17, Aran rayonlarında 23, dağlıq rayonlarda isə 18 dərəcəyədək isti qeydə alınıb.

Избранный
20
9
sia.az

10Источники