RU

İsrail İranın yeganə sualtı tədqiqat mərkəzinə zərbə endirib

İsrail Müdafiə Ordusu İsfahandakı İran sualtı tədqiqat mərkəzinə zərbə endirdiyini bildirib.

Bu barədə Bakıvaxtı.az ordunun mətbuat xidmətinə istinadən xəbər verir.

Bu mərkəz İranda Hərbi Dəniz Qüvvələri (HDQ) üçün sualtı qayıqların və təminat sistemlərinin layihələndirilməsinə və hazırlanmasına cavabdeh olan yeganə müəssisədir. Bundan başqa, bu obyektdə pilotsuz uçuş aparatlarının müxtəlif modelləri istehsal olunur.

"Endirilən zərbə (24 mart tarixində) İranın HDQ üçün yeni və müasir sualtı qayıqların istehsalı, eləcə də mövcud donanmanın modernləşdirilməsi imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq. İsrail Müdafiə Ordusu mövcud istehsal imkanlarını sarsıtmaq üçün İranın hərbi sənayesinə zərbələr endirməyə davam edəcək", - məlumatda qeyd edilib.

Избранный
10
7
bakivaxti.az

9Источники