RU

Kurtulmuş: Köhnə sistem dağılır, çoxqütblü dünya formalaşır

BAKI, 25 mart. TELEQRAF

Türkiyə Rusiya-Ukrayna müharibəsinin həlli üçün diplomatik səylərə üstünlük verir.

Teleqraf xəbər verir ki, bunu Türkiyə parlamentinin sədri Numan Kurtulmuş deyib.

“Ukrayna ilə Rusiya arasında beynəlxalq hüquq və BMT Nizamnaməsinə əsaslanan danışıqlar yolu ilə ədalətli və davamlı sülhə nail olmaq üçün diplomatik səylərə üstünlek veririk. Ukrayna və Yaxın Şərqdə davam edən münaqişələr bir daha göstərir ki, geosiyasi qarşıdurmalar qlobal münasibətlərə zərər vurur. Qitəmizin və bütün dünyanın gələcəyinə uzunmüddətli təsir göstərəcək ciddi regional və beynəlxalq çağırışlarla üz-üzəyik,” - o bildirib.

Kurtulmuş həmçinin İran və Bəsrə körfəzi ölkələrində mülki əhali və infrastruktura ciddi zərər vuran, Hörmüz boğazında dəniz nəqliyyatını pozan müharibənin dayandırılmasına çağırıb.

“Yaxın Şərqdə baş verən humanitar faciəyə də biganə qala bilmərik. Sudandakı humanitar fəlakət, Ukraynadakı müharibə, Qəzzadakı soyqırımı və İsraillə ABŞ-nin İrana qarşı başladığı müharibə İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq nizamın dərin iflasını açıq şəkildə göstərir. Mövcud reallıq sistemli böhranı əks etdirir, burada qanunsuzluq norma halına gəlib, güc hüququ əvəz edib, beynəlxalq mexanizmlər isə böyük ölçüdə təsirsiz qalıb”.

O əlavə edib ki, ölkələr üçün ümumi olan qayda və normaların tətbiqi sistemində ciddi dəyişikliklər baş verib:

“Hazırkı hadisələri müvəqqəti hal kimi qiymətləndirmək olmaz. Beynəlxalq sistem dərin transformasiyadan keçir. Çoxqütblü dünya formalaşır”.

Избранный
29
1
teleqraf.com

2Источники