RU

Azərbaycan Almaniya iqtisadiyyatına investisiya qoyuluşunu üç dəfəyə yaxın artırıb

Bakı. Trend:

2025-ci ildə Almaniyanın Azərbaycana birbaşa investisiyalarınınhəcmi 26,334 milyon ABŞ dolları təşkil edib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə 49 milyon dollar vəya 2,9 dəfə azdır.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumihəcmində Almaniyadan reallaşan investisiyaların payı 0,4% təşkiledib.

Azərbaycan isə öz növbəsində 2025-ci il ərzində Almaniyaiqtisadiyyatına 61,733 milyon dollar sərmayə qoyub ki, bu, əvvəlkiildəki göstərici ilə müqayisədə 38,8 milyon dollar və ya 2,7 dəfəçoxdur.

Birbaşa xarici investisiyaların ümumi həcmində AzərbaycandanAlmaniyaya yatırılan investisiyaların xüsusi çəkisi 2,4% təşkiledib.

2024-cü il ərzində Almaniyadan Azərbaycana birbaşainvestisiyaların ümumi həcmi 75,297 milyon dollar, əks istiqamətdəisə 22,935 milyon dollara bərabər olmuşdu.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşaxarici investisiyalar 6,595 milyard ABŞ dollarından çox olub. Buisə 2024-cü ildəki göstəriciyə nisbətən 450,9 milyon ABŞ dolları vəya 6,4% azalma deməkdir.

Eyni zamanda hesabat ili ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə2,528 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstəriciilə müqayisədə 765,4 milyon ABŞ dolları və ya 43,4% çoxdur.

Məqalədə:
Избранный
23
34
az.trend.az

10Источники