RU

Fransanın Laval şəhərində ACAM (Association Culturelle d’Azerbaïdjan en Mayenne) təşkilatçılığı ilə geniş Novruz bayramı qeyd olundu. Tədbirdə Azərbaycan mədəniyyəti layiqincə təmsil edildi

Fransanın Mayenne Departamentində fəaliyyət göstərən ASSOCIATION CULTURELLE D’AZERBAIDJAN EN MAYENNE – ACAM təşkilatının təşəbbüsçüsü və Prezidenti, eyni zamanda Association Turque et Azerbaïdjanaise – ATA Dərnəyinin rəhbəri Mirzə Məmmədovun və həmkarı Orxan Mutlunun təşkilatçılığı ilə möhtəşəm Novruz Festivalı keçirildi. Baharın gəlişini, yenilənməni, dostluğu və mədəni həmrəyliyi simvolizə edən bu gözəl tədbir şəhərin ictimai və mədəni həyatında xüsusi əhəmiyyət daşıyan günlərdən biri oldu.

Festival Novruzun zəngin mənəvi dəyərlərini, qədim ənənələrini və Şərq mədəniyyətinin rəngarəngliyini təqdim etmək məqsədi daşıyırdı. Tədbir çərçivəsində qonaqlara Novruz bayramının tarixi, onun insanları birləşdirən mahiyyəti, sülh, bərəkət və paylaşma kimi ali dəyərləri haqqında geniş məlumat verildi. Bayram abı-havası, milli ənənələr, musiqi, rəqslər, ləziz təamlar və müxtəlif mədəni təqdimatlar tədbirə xüsusi rəng qatdı.

Bu əlamətdar festivalın ən diqqətçəkən məqamlarından biri də hərdəfə olduğu kimi rəsmi qonaqların, yerli və digər ölkələri təmsil edən Assosasiya rəhbərlərinin iştirakı oldu. Laval şəhərinin meri və deputatı, o cümlədən Avropa Evinin Prezidenti tədbirdə iştirak edərək Novruz Festivalının əhəmiyyətini, son illərə kimi Azərbaycanların Mədəniyyət sahəsindəki güc və bacaracaqlarını, könüllülərin iştirak ilə yüksək səviyyətə təşkilatçılığını vurğuladılar. Onların bu tədbirə qatılması, Novruzun artıq təkcə bir xalqın bayramı deyil, müxtəlif mədəniyyətləri bir araya gətirən beynəlxalq dəyər daşıyan bir tədbirə çevrildiyini bir daha göstərdi. Bu iştirak, eyni zamanda Laval şəhərində multikultural həmrəyliyin, qarşılıqlı hörmətin və mədəni dialoqun inkişaf etdiyini nümayiş etdirdi.

2019-cu ildən ASSOCIATION CULTURELLE D’AZERBAIDJAN EN MAYENNE (ACAM), 2025-ci ildən isə Association Turque et Azerbaïdjanaise – (ATA) Dərnəyi, Fransanın ən böyük ərazilərindən biri olan “Pays de la Loire”da (5 departament) Türk və Azərbaycan icmasının mədəni dəyərlərinin tanıdılması, yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm fəaliyyət göstərir. Mirzə Məmmədovun rəhbərliyi ilə həyata keçirilən bu cür tədbirlər, həm yerli ictimaiyyətin müxtəlif xalqların adət-ənənələri ilə tanış olmasına, həm də diaspor icmasının öz milli-mədəni kimliyini daha güclü şəkildə qorumasına xidmət edir.
Novruz Festivalında təqdim olunan proqram iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılandı. Tədbir boyunca qonaqlar Şərq bahar bayramının ruhunu hiss etdilər, fərqli ölkələrin və başlıcası isə Türk-Azərbaycan mədəniyyətlərin zənginliyini yaxından tanıdılar və birgə sevinc atmosferini paylaşdılar.

Könüllü soydaşlarımızın hazırladığı Milli musiqilərimiz, rəqslərimiz, mədəni təqdimatlar və milli mətbəx nümunələri festivalı daha da yaddaqalan etdi.
Novruz bayramı qədim köklərə malik olmaqla yanaşı, bu gün də insanları bir araya gətirən, onları sülhə, dostluğa və yeniliyə çağıran bir bayram kimi öz əhəmiyyətini qoruyur. UNESCO tərəfindən 2009-cu ildən bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilən Novruz, bu baxımdan təkcə regional deyil, ümumbəşəri dəyər daşıyan mədəni hadisədir.

Fransanın Mayenne Departamentində keçirilən bu festival bir daha göstərdi ki, mədəniyyət insanları birləşdirən ən güclü körpülərdən biridir. Assosasiyanın prezidenti Mirzə Məmmədovun bu istiqamətdə gördüyü işlər yerli əhali və rəsmi idarələr, Assosasiyalar, gəlmələr tərəfindənb yüksək dəyərləndirilir, belə təşəbbüslər gələcəkdə də davam etdirilməsi üçün dəstək olurlar.
Dördüncü dəfə keçirilən bu tədbir təkcə Novruzun qeyd olunması deyil, eyni zamanda dostluğun, qardaşlığın, mədəni əməkdaşlığın və birgə yaşamaq mədəniyyətinin bariz nümunəsi oldu.

“ASSOCIATION CULTURELLE D’AZERBAIDJAN EN MAYENNE” (ACAM)-ın Prezidenti,
“Association Turque et Azerbaïdjanaise” (ATA) Dərnəyinin rəhbəri,
UNİSEFin Fransada Mayenne departamenti üzrə rəsmi könüllüsü.

Избранный
31
ictimairey.az

1Источники