RU

5 gün yağış, sel: Paytaxtımızda və ölkədə....

Ölkə ərazisində martın 25-dən 30-na qədər hava şəraiti qeyri-sabit olacaq və bəzi bölgələrdə ciddi yağıntılar gözlənilir.

Ekolohiya.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, yaxın 5 gün ərzində Azərbaycanın bir sıra rayonlarında, o cümlədən də paytaxt Bakıda fasilələrlə yağış yağacaq. Ayrı-ayrı ərazilərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur.

Proqnoza əsasən, dağlıq ərazilərdə hava daha sərt keçəcək – burada yağışın qara keçəcəyi gözlənilir. Bu isə xüsusilə yüksək dağlıq zonalarda vəziyyəti daha da mürəkkəbləşdirə bilər.

Sinoptiklər xəbərdarlıq edir ki, davamlı və intensiv yağıntılar çaylarda sululuğun artmasına səbəb olacaq. Nəticədə bəzi dağ çaylarında qısamüddətli sel və daşqın ehtimalı yüksəlir.

Mütəxəssislər vətəndaşlara ehtiyatlı olmağı, xüsusilə dağlıq və çay kənarlarına yaxın ərazilərdə yaşayanların təhlükəsizlik qaydalarına ciddi riayət etməsini tövsiyə edir.

Hava şəraitinin qeyri-sabit keçəcəyi bu günlərdə sürücülərə də diqqətli olmaq, xüsusilə gecə və səhər saatlarında yolların sürüşkən ola biləcəyini nəzərə almaq tövsiyə olunur.

Musavat.com

Избранный
20
1
ekologiya.az

10Источники