RU

Respublika fənn olimpiadalarının final mərhələsi başlanır

Yazını böyüt
Yazını kiçilt

Respublika fənn olimpiadalarının final mərhələsinin tarixləri açıqlanıb. Olimpiadalar Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təşkil olunur.

Hafta.az xəbər verir ki, Təhsil İnstitutunun məlumatına görə, aprelin 18-də Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat (I gün), fizika (nəzəri hissə) və biologiya (nəzəri hissə) üzrə yarışlar keçiriləcək.

Aprelin 19-da riyaziyyat (II gün), fizika (praktiki tur) və biologiya (praktiki tur) fənləri üzrə biliklər sınanacaq. Aprelin 28-də kimya, mayın 1-2-də informatika (I və II gün) üzrə final mərhələ keçiriləcək.

Избранный
15
hafta.az

1Источники