RU

“İnter” “Yunayted”in ulduzu ilə danışıqlara başladı

“İnter” “Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemironun transferi üzərində işləyir.

Publika.az xəbər verir ki, bu barədə “Goal.com” məlumat yayıb.

Mənbələrin məlumatına görə, İtaliya klubu artıq 34 yaşlı braziliyalı ilə danışıqlara başlayıb və o, cari mövsümün sonunda “Mançester Yunayted”dən pulsuz ayrılacaq.

Daha əvvəl bildirilmişdi ki, Kazemiro “Mançester Yunayted”dən ayrıldıqdan sonra Avropa futbolunda qalmaq istəyir və karyerasını davam etdirmək üçün ilk seçim kimi İtaliyanı görür.

Избранный
18
publika.az

1Источники