RU

“Qalatasaray”ın futbolçusu 105 gün sonra azadlığa buraxıldı

BAKI, 25 mart. TELEQRAF

Futbolda mərc və oyun alqı-satqısı (şike) ilə bağlı istintaq çərçivəsində dekabrın 9-da həbs olunan “Qalatasaray”ın futbolçusu Metehan Baltacı 105 gün sonra təxliyə olunub.

Teleqraf xəbər verir ki, bu gün keçirilən məhkəmə prosesində oyunçuya dəstək olmaq üçün bir sıra futbolçular da ədliyyəyə gəlib.

Bununla yanaşı, “Qalatasaray”ın baş məşqçisi Okan Buruk, klubun ikinci prezidenti Metin Öztürk, baş katibi Eray Yazgan və vitse-prezident Abdullah Kavukcu da futbolçuya dəstək üçün məhkəmə zalında iştirak ediblər.

Metehan Baltacıya qarşı “şike və təşviq mükafatı” alma, həmçinin “kvalifikasiyalı dələduzluğa cəhd” maddələri ilə ittiham irəli sürülüb. Prokurorluq futbolçu üçün 4 il 1 ay 15 gündən 10 il 4 ay 15 günədək həbs cəzası tələb edib.

Buna baxmayaraq, məhkəmə gənc futbolçunun həbsdən azad olunması barədə qərar verib. Növbəti məhkəmə prosesi iyunun 12-nə təyin edilib.

2028-ci ilə qədər “Qalatasaray”la müqaviləsi olan futbolçunun oyunlardan kənarlaşdırılma cəzası isə avqustun 7-də başa çatacaq.

Избранный
27
5
teleqraf.com

7Источники