RU

Peskov: Kreml Yaxın Şərqlə bağlı ABŞ ın sülh planı haqqında məlumatların nə dərəcədə etibarlı olduğunu bilmir

Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Kreml Yaxın Şərqlə bağlı "ABŞ-ın sülh planı" haqqında məlumatların nə dərəcədə etibarlı olduğunu bilmir.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, İran Moskvaya belə bir məlumat ötürməyib.

"Xeyr, iranlı dostlarımız bizə bu cür məlumat ötürməyiblər. Bu məlumatların nə dərəcədə etibarlı olduğunu bilmirik".

Qeyd edək ki, "New York Times" qəzeti ABŞ-ın İran hakimiyyətinə Yaxın Şərq münaqişəsinə son qoymaq üçün 15 maddəlik plan göndərdiyini yazıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
45
4
apa.az

5Источники