RU

"Könüllü DOST" proqramı iştirakçılarının sayı 8 minə yaxındır

Azərbaycanda könüllülük hərəkatının genişlənməsində əhəmiyyətli rol oynayan “Könüllü DOST” proqramına cəlb edilənlərin sayı 8 minə yaxındır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Herbiand.az-a verilən məlumata görə, onların 6 min 900-dən çoxu proqramın “Gənc DOST”, 134 nəfəri “Gümüşü DOST” (yaşlılar üçün), digərləri “Distant DOST”, “Korporativ DOST”, “İnklüziv DOST”, “DigiDOST”, “TeleDOST” kimi altproqramları üzrə könüllülük fəaliyyətinə cəlb ediliblər.

Könüllülər dövlət sosial xidmətlərinin “bir pəncərə”dən vətəndaş məmnunluğu prinsipi ilə təqdim edilməsi işlərinə öz töhfələrini verirlər. Onlar DOST mərkəzlərində vətəndaşların qarşılanması, xidmət pəncərələrinə yönləndirilməsi, məlumatlandırılması, e-sistemlərdən istifadə və s. işlərdə köməklik göstərir.

Bu sahədə fəaliyyət onlara vətəndaşlara xidmət sahəsində təcrübə, bacarıq, işgüzar vərdişlər əldə etmək imkanı verir, fərdi inkişaf və karyera yolunda ilk uğurlu addımlar atmağa dəstək olur.



Избранный
24
7
herbiand.az

8Источники