RU

Əflatun Amaşov qəza keçirib, maşın aşpb - Yenilənib

Sabiq deputat, "Xalq qəzeti"nin baş redaktoru Əflatun Amaşov qəzaya düşüb...

Poliqon xəbər verir ki, hadisə Bakı-Şamaxı yolunda qeydə alınıb. Qəza ilə bağlı yayılan videoda bir maşının aşdığı, Ə.Amaşovun isə yerdə yaralı vəziyyətdə olan şəxsin yanında dayandığı görünür. 

Hadisə ilə əlaqədar eks-deputatın oğlu Orxan Amaşov "Yeni Sabah"a bildirib ki, hazırda atasının səhhəti yaxşıdır: "Narahatlığa heç bir səbəb yoxdur. Xəstəxanaya aparılıb və lazımi tibbi tədbirlər görülüb".

***

Tanınmış jurnalist Əflatun Amaşov qəza keçirib.

Poliqon xəbər verir ki, tanınmış jurnalistin Bakı-Şamaxı yolunda avtomobili aşıb.

Hadisə vaxtı Ə.Amaşov xəsarət almasa da, yanındakı sərnişin yüngül zədə alıb. (NOCOMMENT.az)

Poliqon.info

Избранный
6
18
poliqon.info

10Источники