RU

"İran və ABŞ arasında heç bir danışıqlar aparılmır"

İran və ABŞ arasında hal-hazırda heç bir danışıqlar getmir.


Manset.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın XİN rəsmisi İsmayıl Bəqai “India Today” telekanalına müsahibəsində bildirib.

“İran və Birləşmiş Ştatlar arasında heç bir danışıqlar və ya məsləhətləşmələr aparılmır. Onların (İsrail və ABŞ-nin) İrana qarşı başlatdığı qanunsuz müharibədən bəri, son 25 gün ərzində ümumiyyətlə olmayıb”, -Bəqai bildirib.

O vurğulayıb ki, İran artıq iki dəfə Amerika diplomatiyası ilə əlaqələrin xoşagəlməz təcrübəsi ilə üzləşməli olub.

“Cəmi doqquz aylıq fasilə ilə iki dəfə məhz nüvə probleminin tənzimlənməsi üzrə danışıqlar prosesinin ən qızğın mərhələsində hücuma məruz qaldıq. Beləliklə, bu, diplomatiyaya xəyanət oldu. Bu gün İranda bu ifadə artıq dillər əzbərinə çevrilib, çünki bu cür hadisə bir deyil, düz iki dəfə baş verib. Buna görə də heç kim ABŞ-nin diplomatiyasına etibar edə bilməz”, – deyə o qeyd edib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

Избранный
5
5
manset.az

10Источники