AZ

İran və ABŞ arasında hazırda heç bir danışıqlar getmir Bəqai

ain.az bildirir, Unikal.az portalına istinadən.

"İran və ABŞ arasında hazırda heç bir danışıqlar getmir".

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın XİN rəsmisi İsmayıl Bəqai “India Today” telekanalına müsahibəsində bildirib.

“İran və Birləşmiş Ştatlar arasında heç bir danışıqlar və ya məsləhətləşmələr aparılmır. Onların (İsrail və ABŞ-nin) İrana qarşı başlatdığı qanunsuz müharibədən bəri, son 25 gün ərzində ümumiyyətlə olmayıb. İran artıq iki dəfə Amerika diplomatiyası ilə əlaqələrin xoşagəlməz təcrübəsi ilə üzləşməli olub. Cəmi doqquz aylıq fasilə ilə iki dəfə məhz nüvə probleminin tənzimlənməsi üzrə danışıqlar prosesinin ən qızğın mərhələsində hücuma məruz qaldıq. Beləliklə, bu, diplomatiyaya xəyanət oldu. Bu gün İranda bu ifadə artıq dillər əzbərinə çevrilib, çünki bu cür hadisə bir deyil, düz iki dəfə baş verib. Buna görə də heç kim ABŞ-nin diplomatiyasına etibar edə bilməz”, – deyə o qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
5
unikal.az

10Mənbələr