RU

"Milan" ulduz futbolçusu ilə danışıqları dayandırdı

"Milan" portuqaliyalı hücumçu Rafael Leau ilə yeni müqavilə üzrə danışıqları təxirə salıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sport Italia" yayıb.

Mənbənin məlumatına görə, "Milan" rəhbərliyi Leaunun bu mövsümdəki oyun səviyyəsindən və davranışından narazıdır. Bu üzdən klub hazırda əməkdaşlığın davam etdirilməsinin mümkünlüyündən əmin deyil. 26 yaşlı portuqaliyalı oyunçunun bu yay satılacağı istisna deyil.

"Milan" artıq Leaunun yerinə mümkün oyunçu axtarır. "Bolonya"nın 21 yaşlı argentinalı hücumçusu Santyaqo Kastro əsas namizəddir. 

Bu mövsüm Leau "Milan"ın heyətində bütün yarışlarda 24 oyuna çıxaraq 10 qol vurub və 2 məhsuldar ötürmə edib. Vingerin müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. Onun transfer haqqı 65 milyon avrodur. Leau 2019-cu ildən "Milan"da oynayır.

Избранный
5
1
fanat.az

2Источники