RU

Zərdabdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Xəbər verdiyimiz kimi, Zərdabda ağır yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, “Hyundai Santa Fe” markalı avtomobil hərəkətdə olarkən sürücünün idarəetməsindən çıxaraq yoldan kənara aşıb və su kanalına düşüb. Hadisə nəticəsində 2 nəfər ölüb, dörd nəfər xəsarət alıb.
 

MÖVZU İLƏ BAĞLI:

Zərdabda avtomobil kanala AŞDI – Ölən və yaralananlar var – VİDEO


Zərdabda baş verən ağır qəza ilə bağlı TƏBİB -dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 25.03.2026-cı il saat 11:10 radələrində Zərdab rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (1 qadın, 3 kişi) Zərdab Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralılara bədənin müxtəlif nahiyələrinin sınığı diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri orta ağır qiymətləndirilən 3 nəfərin (2 kişi, 1 qadın) müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.

1951-ci il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, hadisə zamanı 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

Bizim Media,Aran bürosu

Избранный
29
bizim.media

1Источники