RU

TƏCİLİ! Rusiya NATO ölkəsini VURDU

Martın 25-nə keçən gecə Estoniya və Latviya ərazilərinə Rusiya istiqamətindən iki pilotsuz uçuş aparatı daxil olub.

Bizim.Media Latviya Hərbi Hava Qüvvələrinin məlumatına istinadən xəbər verir ki, yerli vaxtla saat 02:00 radələrində ölkənin hava məkanında Rusiyadan gələn naməlum pilotsuz aparat qeydə alınıb.

Dron Kraslava rayonu ərazisində, Rusiya sərhədinə yaxın zonada partlayıb. Hadisə yerində onun qalıqları aşkar edilib. Mülki infrastruktura ziyan dəymədiyi bildirilib.
 

Bənzər insident Estoniyada da qeydə alınıb. Rəsmi məlumatlara əsasən, pilotsuz aparat Auvere Elektrik Stansiyası boru kəmərinə çırpılıb. Stansiyada cüzi zədələr yaransa da, fəaliyyət davam etdirilib.


Estoniya rəsmiləri dronun Rusiyadan daxil olduğunu təsdiqləsələr də, hadisəyə görə Moskvanı günahlandırmayıblar. Ölkənin baş prokuroru Astrid Asi bildirib ki, mövcud məlumatlara əsasən, pilotsuz aparat məqsədli şəkildə Estoniya istiqamətinə yönləndirilməyib.

Bizim.Media

Избранный
39
bizim.media

1Источники