RU

İspaniya nəhəngi Bastonini transfer etmək qərarını qətiləşdirdi - SON DURUM

Milan "İnter"inin müdafiəçisi Alessandro Bastoni karyerasını İspaniya nəhəngində davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb. 

Məlumata görə, onun xidmətində "Barselona" maraqlıdır. Mənbə Kataloniya klubunun uzun müddətdir ki, sözügedən arxa xətt oyunçusunu diqqətdə saxladığını və bu futbolçunu heyətə qatmaq qərarını qətiləşdirdiyini vurğulayıb. Tərəflərin transfer məbləği ilə bağlı indilik razılığa gəlmədikləri, "blauqrana"nın İtaliya klubuna nə qədər ödəyəcəyinin danışıqlar prosesində bəlli olacağı diqqətə çatdırılıb.

Cari mövsüm Bastoni bütün turnirlərdə 35 matça çıxaraq 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "İnter"lə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı italiyalı oyunçunun transfer qiymətini 80 milyon avro ilə dəyərləndirir. 

Toğrul

Избранный
22
1
fanat.az

2Источники