RU

Pirotexniki vasitə 13 yaşlı yeniyetmənin əlində partladı – BARMAĞINI İTİRDİ

Martın 22-də Göygöldə əlində protexniki vasitə partlayan 13 yaşlı uşağın barmağı amputasiya edilib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə rayonun Üçtəpə kəndi ərazisində baş verib.

Gəncə şəhər sakini, 2013-cü il təvəllüdlü S.B.-nin əlində pirotexnik vasitənin partlaması nəticəsində onun əl barmaqları əzilib və deşilib.

Həkimlərin tibbi müdaxiləsi nəticəsində onun 1 barmağı amputasiya olunub. Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Избранный
21
8
bizim.media

10Источники