RU

Lukaku Belçika millisinin düşərgəsini tərk etdi

“Napoli”nin hücumçusu Romelu Lukaku Belçika millisinin düşərgəsini tərk edib.

Msport.az xəbər verir ki, bu barədə Belçika millisinin Mətbuat Xidməti məlumat yayıb.

32 yaşlı futbolçu diqqətini məşqlərə ayırmağa qərara gəlib ki, fiziki formasını yaxşılaşdırsın. Lukaku Belçika yığması ilə ABŞ-a yoxlama oyunlarına getməyəcək.

Belçika seçməsi Meksika və ABŞ-la qarşılaşacaq. Oyunlar martın 28-də və aprelin 1-də keçiriləcək.

Qeyd edək ki, Lukaku mövsümün böyük hissəsini zədə səbəbindən buraxıb.

Избранный
22
msport.az

1Источники