RU

Sumqayıtda xeyir-şər evlərinin fəaliyyətinə qadağa qoyulmayıb

“Son günlər bəzi informasiya resurslarında Sumqayıt şəhərində fəaliyyət göstərən xeyir-şər evlərinin fəaliyyətinin dayandırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.”

Publika.az xəbər verir ki, bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyəti məlumat yayıb. İcra hakimiyyətindən verilən açıqlamada bildirilir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən bu istiqamətdə hər hansı tapşırıq verilməyib.

“Məlumat üçün qeyd edək ki, şəhər ərazisində yerləşən xeyir-şər evlərində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qaz təsərrüfatı ilə bağlı texniki yenilənmə işləri aparılmışdır. Bu çərçivədə qaz sayğacları yenilənmiş, yeni müqavilələrin bağlanması prosesi həyata keçirilmişdir. Aparılan işlərlə əlaqədar olaraq qaz təchizatında müvəqqəti fasilə yaranmışdır. Lakin hazırda hər hansı xeyir-şər evinin fəaliyyətinin dayandırılması ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə sakinlərin müraciəti daxil olmamışdır. Belə müraciətlər daxil olarsa, məsələ aidiyyəti qurumlarla birgə araşdırılaraq aydınlıq gətiriləcəkdir. Bir daha diqqətə çatdırırıq ki, yayılan məlumatlar əsassızdır”,- açıqlamada qeyd edilib.

Избранный
20
11
publika.az

10Источники