AZ

Sumqayıtda xeyir-şər evlərinin fəaliyyətinə qadağa qoyulması ilə bağlı xəbərlərə aydınlıq gətirildi

BAKI, 25 mart. TELEQRAF

Sumqayıtda xeyir-şər evlərinin fəaliyyətinə qadağa qoyulması ilə bağlı xəbərlər yalandır.

Bu barədə Teleqraf-a Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, son günlər bəzi informasiya resurslarında Sumqayıt şəhərində fəaliyyət göstərən xeyir-şər evlərinin fəaliyyətinin dayandırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən verilən açıqlamada bildirilir ki, bu istiqamətdə hər hansı tapşırıq Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən verilməmişdir. “Məlumat üçün qeyd edək ki, şəhər ərazisində yerləşən xeyir-şər evlərində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qaz təsərrüfatı ilə bağlı texniki yenilənmə işləri aparılmışdır. Bu çərçivədə qaz sayğacları yenilənmiş, yeni müqavilələrin bağlanması prosesi həyata keçirilmişdir.

Aparılan işlərlə əlaqədar olaraq qaz təchizatında müvəqqəti fasilə yaranmışdır. Lakin hazırda hər hansı xeyir-şər evinin fəaliyyətinin dayandırılması ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə sakinlərin müraciəti daxil olmamışdır. Belə müraciətlər daxil olarsa, məsələ aidiyyəti qurumlarla birgə araşdırılaraq aydınlıq gətiriləcəkdir. Bir daha diqqətə çatdırırıq ki, yayılan məlumatlar əsassızdır”.

Seçilən
14
11
teleqraf.com

10Mənbələr