RU

Rusiya klubu “Sabah”ın sabiq baş məşqçisinin işindən narazıdır

Rusiyanın ikinci liqasında çıxış edən “Ural” futbol klubu klubun baş məşqçisi, bir vaxtlar ölkəmizin “Sabah” klubunun baş məşqçisi olmuş Vasili Berezotskini istefaya göndərməyə hazırlaşır.

İdman.Biz Rusiya KİV-nı istinadən xəbər verir ki, buna səbəb mütəxəssisin nəticələrinin qeyri-stabil olmasıdır.

Dekabrın 11-də “Ural”ın baş məşqçisi təyin olunan mütəxəssisin rəhbərliyi altında komanda dörd oyun keçirib, bir qələbə qazanıb, bir heç-heçə edib və iki məğlubiyyət yaşayıb.

Komanda hazırda Rusiya ikinci liqasının turnir cədvəlində 25 turdan sonra 45 xalla 3-cü pillədə qərarlaşıb.

İdman.Biz
Məqalədə:
Избранный
19
1
idman.biz

2Источники