RU

Xviça Kvaratsxeliya Gürcüstan millisinin kapitanı oldu – RƏSMİ

Xviça Kvaratsxeliya Gürcüstan millisinin yeni kapitanı olub.

Msport.az xəbər verir ki, bu barədə Gürcüstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

PSJ-nin futbolçusu ilk dəfə martın 26-da İsraillə Tbilisidə keçiriləcək yoldaşlıq oyununda kapitan kimi meydana çıxacaq.

Qeyd edək ki, Gürcüstan mart pəncərəsində iki görüşə çıxacaq. İsraildən başqa onlar martın 29-da Litva ilə qarşılaşacaqlar.

25 yaşlı Xviça millidə 47 oyun keçirib. O, 20 qol vurub və 10 məhsuldar ötürmə verib.

Избранный
32
3
msport.az

6Источники